“Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər” – TƏBİBbackend

"Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər” - TƏBİB

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: “Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*