Xəstəxanaya yerləşdirilən Arif Babayevin səhhəti ilə bağlı AÇIQLAMAbackend

Xəstəxanaya yerləşdirilən Arif Babayevin səhhəti ilə bağlı AÇIQLAMA

Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu atasının səhhətinin yaxşılaşdığını deyib.

KONKRET.az xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev teleqraf.com-a açıqlamasında yaxında sənətkarın evə buraxılacağını bildirib.

“Atamın səhhəti yaxşıdır. Müalicə yaxşı davam etsə, bir həftədən sonra xəstəxanadan evə buraxılacaq”, – o söyləyib.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Bir müddət əvvəl Türkiyədə müalicə olub, onun 83 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*