Xəzər dənizinin suyunun azalması ilə bağlı ekspertdən AÇIQLAMA: “Bakı Bulvarına qədər geri çəkilib”backend

Xəzər dənizinin suyunun azalması ilə bağlı ekspertdən AÇIQLAMA: "Bakı Bulvarına qədər geri çəkilib"

Aktaudan olan bloger Əzəmət Sarsenbayev Xəzər dənizininin dron çəkilişini apararaq suyun səviyyəsinin azalması probleminə diqqət çəkib. O bildirib ki, hər il Xəzərin dayazlaşdığı müşahidə edilir və bu, qorxuludur.

Bəs görəsən Xəzərin dayazlaşma səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ekoloq İslam Mustafayev bildirib ki Xəzərin qabarması və çəkilməsi bir neçə dəfə baş verib: “Əvvəllər Qız Qalasının bir tərəfi dənizin içində olub. Lakin sonradan Xəzər dənizi Bakı Bulvarına qədər geri çəkilib. Bir müddət sonra su yenidən irəli gəlməyə başladı. Lənkəran-Neftçalada 50 min hektar ərazi suyun altında qaldı. Bu hadisələr Xəzərin dibində baş verən proseslərin geodinamikliyi ilə bağlıdır. Məsələni iqlim dəyişikliyi ilə bağlamaq düzgün olmaz”.

AMEA-nın müxbir üzvü İslam Mustafayev: “Azərbaycanda alternativ enerjinin  tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamətlərdəndir”

Ekoloqun fikrincə, Xəzərə çaylardan axan suyun miqdarı kəskin azalıb: “Hesab edirəm ki, indiki şəraitdə əsas səbəblərdən biri də Xəzərə axan suyun miqdarının azalmasıdır. Kür kimi böyük çaydan Xəzərə lazımı qədər su axmır. Xəzərin su balansının 85 faizdən çoxunu Volqa çayı təmin edir. Volqa çayının suyu isə əkinçilik və sənaye məqsədləri üçün istifadə olunur. Son illər yay ayları həddən artıq quraq keçir. Təbiətdə gedən proseslər və Xəzərə axan suyun azalması onun geri çəkilməsinə səbəb olur. Güman edirəm ki, bu, periodik prosesdir. Bir neçə ildən sonra Xəzərin suyu yenidən geri qayıdacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*