XİN təsdiqlədi: Azərbaycan vətəndaşı zəlzələdə həlak oldubackend

XİN təsdiqlədi: Azərbaycan vətəndaşı zəlzələdə həlak oldu

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı – 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 3 703 nəfər həlak olub, 22 286 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*