backend

Xırda arzular, bəsit istəklər – vətəndaş-məmur münasibətləri necə formalaşmalıdır?

Kürdəxanı

Kürdəxanı camaatı Mehriban Əliyevayanı dəstəkləyir. Bilirsinizmi niyə?
Buna mən dünən əmin oldum. Sakinlər mövcud iqtidardan da məmnundurlar. Ciddi sözümdür. Dünən Kürdəxanıda idim. Müşahidələrim və sakinlərlə söhbətlərimdən sonra bu fikrə gəldim. Deməli, bu yaxınlarda Mehriban Əliyeva Kürdəxanıda olub. Camaat öz arzularını ona çatdırıb. Nəticədə indi Kürdəxanı kəndinə gələn 173 nömrəli marşrut avtobuslarının sayı artıb, interval qısalıb, nəqliyyat problemi demək olar ki, həll olunub. Kənd arası bütün yollar asfaltlanıb. Məktəb əla təmir olunub. Hətta məktəbə polis təyin olunub, məktəblərdə narkomanlığa qurşananlar vaxtında aşkar edilsin deyə. Kənddə bu baxımdan vəziyyət yaxşı deyil.

Kənd cavanlarının tüfeyli həyatı, işsizlik, asudə vaxtlarının yalnız çayxanalarda keçirməsi, yuxarı siniflərdə oxuyan şagirdlərin dərsdən yayınması kimi hallar
gənclərin narkomaniyaya qurşanmasının ən böyük səbəblərindən biridir. Əsas odur ki, polis məktəbdə buna göz qoyacaq.

Kəndin gözoxşayan baxçası da var. Ora hansı şərtlərlə uşağı saldırmaq camaatın vecinə də deyil. Orası düzələr. Əsas odur baxça əladır.
Vəssalam. Kənd əhalisi məmnundur. Hətta taksi sürücüsü Rasim deyir ki, gecə saat 3-də evimizə rahat gedə bilirik. Şükür ki, dolanırıq.
Bax belə. Məsələ həll olundu. Məhdud arzular, bəsit istəklər. Vətəndaş məmnundur.

Xırda arzulardan, bəsit istəklərdən xoşbəxt olmaq əksəriyyətimizin milli-mənəvi dəyərinə, mentalitetinə çevrilib. Dar düşüncəli, bəsit istəkli toplum. Mən həmişə deyirəm ki, xalqımızda problem var. Axı nəyə görə 49 yaşlı Məhərrəm kişi ayağının altı düz, daban şporlu oğlunu əsgərliyə göndərən və onu daha betər zülmə saldığına görə məmurdan prezidentə və ya Mehriban Əliyevaya şikayət etməlidir? Niyə prezident vicdansız hərbi komissarın və əclaf həkim komissiyasının günahını yumalıdır? Axı nəyə görə icra hakimləri və digər dövlət qurumlarının rəhbərləri öz işini keyfiyyətli görməməlidir və səhid ailəsi olan vətəndaş evinin damını təmir etdirmək üçün İcra Hakimiyyətinə gedib-gəldiyinə və hay-küy qaldırdığına görə üstəlik “Səy, başdanxarab qoca arvad” adını da qazanmalıdır? Axı nəyə görə kənd qəssabının məmurla çəkişməsi prezident tərəfindən həll olunmalıdır?

Nəyə görə iş yerindən qovulan valideyn uşağına məktəb ləvazimatı almaq arzusu qədər bəsit istəklə Mehriban Əliyevaya müraciət etməlidir?

Mehriban Əliyevanın vaxtını daha qlobal problemlə bağlı almaq məqsədəuyğun deyilmi?

Yaxşı olardı ki, ölkəmizin prezidenti vətəndaşdan hansısa səmərələşdirici təklif ideyası, yaxud hansısa unikal kəşfi üçün şərait yaradılması üçün məktub alsın.

Bir vətəndaşın uşağının müalicəsi üçün vitse-prezidentə müraciət etməsi həmin dövlət postunu məşğul etməməlidir axı.

Vətəndaşın vitse-prezidentin yolunu güdüb ondan ədalət istəməsi və ədalətsizlik və zülm içində intihara hazır olan minlərlə vətəndaş arasında bəxti gətirdiyinə görə istəyinin yerinə yetirilməsi sizcə normal haldırmı?
Əgər illərlə evində yasamayan vətəndaşa haqsız yerə 1400 manat qaz pulu “yükləyib” pulu təcili ondan istəyirlərsə, vətəndaşın ədaləti vitse-prezidentdən istəməsi sizcə normaldirmi?

Həmin idarəni məhkəməyə verməklə ədalətə nail olmalıdır vətəndaş.

Marketdən aldığı vaxtı keçmiş ərzaqdan zəhərlənən vətəndaş məhkəmə vasitəsilə haqqını tələb edərək kompensasiya alsa, düz olmazıdımı?

Ramil Nəcəfli, araşdırmaçı-jurnalist, psixoloqtəndaş məhkəmə vasitəsilə haqqını tələb edərək kompensasiya alsa, düz olmazıdımı?

İcra hakimiyyətinin əksər səlahiyyətləri yerli bələdiyyəyə verilsə və bələdiyyəni də məhz vətəndaş seçsə, yerli məmurlar arxayınlıqla özbaşınalıq və korrupsiya ilə məşğul ola bilməz.

Müstəqil məhkəmə, müstəqil media, vəkillik institunun güclü olması, azad rəqabət, vətəndaşlar üçün fürsət bərabərliyi.  Məhz belə olmalıldır Azərbaycan.
Qoy bu ölkənin vətəndaşı ədaləti, sosial rifahı, ailəsinin xəstəlik dərdini, iqtisadi vəziyyətini özü yerlərdə həll edə bilsin.
İcra strukturları, məhkəmələr, vəkillər, sığorta sistemi, müstəqil media onunla məşğul olsun. Daha durub bəsit istəklərlə prezidenti niyə məşğul etməlidir ki?

Axı niyə?

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*