Xocalı cəlladlarından daha biri cəzalandırıldı: Ayaqları amputasiya olundu – FOTObackend

Xocalı cəlladlarından daha biri cəzalandırıldı: Ayaqları amputasiya olundu - FOTO

Birinci Qarabağ müharibəsində iştirak edən, işğalçı Ermənistan ordusunda polkovnik rütbəsini daşıyan və “Çiçəklənən Ermənistan” partiyasından olan keçmiş deputat Rüstəm Qasparyan ağır yaralanıb, oğlu isə məhv edilib.

KONKRET.az xəbər verir ki, bunu erməni deputat Arayik Ağababyan news.am-a verdiyi müsahibəsində bildirib və Rüstəm Qasparyanın vəziyyətinin ağır olduğunu qeyd edib.

“Zədə ağırdır, amma hazırda vəziyyəti stabildir. Əməliyyatdan sonra səhhətinin vəziyyəti pisləşməyəcək”. Ağababyan vurğulayıb.

Onun dediyinə görə, Rüstəm Qasparyan və oğlu müharibənin ikinci günü könüllü olaraq cəbhəyə gediblər.

Erməni polkovnikin ayaqlarının amputasiya olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan ordusunda 1994-2000-ci illərdə müxtəlif vəzifələrdə çalışmış Rüstəm Qasparyan pokovnik rütbəsi daşıyıb. Birinci Qarabağ savaşının ən fəal iştirakçılarından olub. Xocalı soyqırımında aktiv iştirak edib. Dinc əhalimizə xüsusi amansızlıqla divan tutduğuna görə, separatçı Qarabağ rejimi ona xüsusi medalla da təltif edib.

Azərbaycan Ordusu erməni polkovnikin oğlunu zərərsizləşdirməyə müəvvəq olub.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*