Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı – FOTOLARbackend

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTOLAR

Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb.

KONKRET.AZ Oxu.Az-a istinadla xəbər verir ki, İ.Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin “Sony” kamerası ilə çəkiliş edib.

“Olayı “Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, – deyə İ.Sapmaz bildirib.

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir.
O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.

Hazırda Türkiyədə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*