“Yalnız o qərar verəcək” – Zelenskidən müharibənin bitəcəyi vaxtla bağlı AÇIQLAMAbackend

"Yalnız o qərar verəcək" - Zelenskidən müharibənin bitəcəyi vaxtla bağlı AÇIQLAMA

“Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın Bild nəşrinə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, müharibənin nə vaxt bitəcəyinə Putin qərar verəcək:

“Bu gün Ukraynanın danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Rusiyada isə bu müharibəni dayandıracaq başqa qüvvə yoxdur. Müharibənin nə vaxt bitəcəyinə yalnız o (Putin – red.) qərar verəcək”.

Xatırladaq ki, daha əvvəl Ukrayna danışıqlar heyətinin rəhbəri David Araxamia Zelenski ilə Putin arasında mümkün görüşün nə tarixi, nə də yerinin hələ məlum olduğunu bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*