Yanğında 300-ə yaxın cücə tələf oldubackend

Yanğında 300-ə yaxın cücə tələf oldu

Gəncədə xeyli sayda cücənin tələf olması ilə nəticələnən yanğın baş verib.

KONKRET.az-ın xəbərinə görə, şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində köməkçi tikilidə (cücə damı) baş verən yanğın zamanı 300-ə yaxın cücə tələf olub.

Hadisə yerinə FHN-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının elektrik naqillərində baş verən qısqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*