Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğının baş vermə təfərrüatı məlum olub.
KONKRET.az-a danışan yataqxana sakinlərindən birinin sözlərinə görə, hadisə baş verməzdən əvvəl binada işıqlar sönüb. Daha sonra ilə elektrik enerjisi verilərkən binada mənzillərin birində yanğınla müşayiət olunan partlayış baş verib.
Yataqxanada 9 məcburi köçkün ailəsi məskunlaşıb.
