Yanğınlar niyə çoxalır? – Bu qaydalara əməl etməklə təhlükədən sığortalana bilərikbackend

Yanğınlar niyə çoxalır? – Bu qaydalara əməl etməklə təhlükədən sığortalana bilərik

Son bir neçə gün ərzində ardıcıl yanğınların baş verməsi yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməsinin vacibliyini yenidən aktuallaşdırıb. Bakıdakı mebel sexində baş vermis yanğında 9 nəfərin həyatını itirməsi, onlarla şəxsin yaralanması isə bu sahəyə nəzarətin lazımi səviyyədə olmadığını təsdiqlədi.

Maraqlıdır, yanğın statistikasındakı artımın səbəbləri nədir?

Bununla bağlı KONKRET.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğın hadisələrinin artımında fəsil amilinin önə çəkilməsi ilə razılaşmadığını bildirib:

”Yanğının günü, ayı, fəsili, saatı yoxdur. Əgər yanğın təhlükəsizliyi qaydalarına əməl olunmursa, bu kimi hadisələr ilin bütün fəsillərində baş verə bilər. Düzdür, payız-qış aylarında istilik cihazlarından istifadə elektrik xətlərində əlavə yüklənmələrə, bu isə öz növbəsində yanğın risklərinin böyüməsinə səbəb olur. Odur ki, elektrik və qaz avadanlıqlarının nəzarətsiz buraxılması, nasaz cihazlardan istifadə faciəvi sonluqlara gətirib çıxara bilər”.

Ekspert eyni zamanda vurğulayıb ki, önləyici tədbirlər görməklə, texniki təhlükəsizlik qaydalarına riayət etməklə bu kimi qəzalardan müəyyən qədər sığortalanmaq olar:

“Bütün təyinatlı müəssisələr, iş yerləri, bazarlar, ticarət mərkəzləri, müxtəlif qəbildən olan obyektlərin hər biri yanğın təhlükəsizliyinə dair təchizatlarla təmin olunmalıdır. Ehtiyat su çəni, ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, xəbərdaredici vasitələr, təxliyə planları, yanğın təhlükəsizlik rejiminin yaradılması, işçilərin sayı beş nəfərdən yuxarıdırsa, könüllü yanğınsöndürmə dəstələrinin olması – bütün bunlar yanğın təhlükəsizliyinə dair tələblərdir”.

Vaqif Nəcəfov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*