Yanvar ayında yenə qar yağacaq? – AÇIQLAMAbackend

Yanvar ayında yenə qar yağacaq? - AÇIQLAMA

Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümündə ilk dəfə bütün ölkə ərazisində qar yağmasına şahidlik etdik. 

Hər zaman olduğu kimi qarın yağmasına sevinənlər oldu. Lakin yaratdığı fəsadlara və çətinliklərə görə qarı sevməyənlər də çoxdur. Ona görə də bu ay ölkə ərazisinə, xüsusilə paytaxta yenidən qar yağıb, yağmayacağı proqnozu da maraqla gözlənilir.

KONKRET.az-ın məlumatına görə, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizə yanvar ayında növbəti dəfə qar yağa bilər:

“Əslində ölkə üzrə qar yağmasının normal olduğunu deyə bilərik. Bakı və Abşeron yarımadası üçün qar yağışında da anomal bir şey görmürəm. Çünki Bakı və Abşeron yarımadasına iqlim şəraitinə uyğun qar yağır. Lakin növbəti qar yağışı olacaqsa, paytaxtımıza nə qədər yağacağını öncədən demək bir qədər çətindir. Yağış isə daha çox ola bilər”.

 

  • Garachanta
    Yanvar 16, 2024 - 21:06

    qəribə millətik- deyirik ki qışda qar, yayda isti olmasın…bəzən deyirlər ki, Bakıya qar yaraşmır….əksinə Bakı Qar-a yaraşmır…Türkiyədə qar proqnozu verilərkən duzla dolu maşınlar onlara ayrılmış yol kənarında qarın yağmasənə gözləyirlər…qarın yağmasının ilk 2-3 saatında maşınlar duzu səpməyə başlayırlar ki bu da qarın və buzun yaranmasını elə ilk 2-3 saatda həll edir…digər bir problemimiz şəhərsalma mədəniyyətimizin çox aşağı səviyyədə olmasıdır…yəni şəhərsalmada qar və yağış sularının ayrı kanala və anbara yığılması Tokioda və s kimi meqapolislrdə çoxdan həll edilib….bizimkilərin isə gözü doymur ki doymur…bəlkə onlar heç bizimkilər də deyil…hər halda Bakı kimi kiçik şəhərdə millətin qarın və yağışın əsarətinə düşməsi yəqin onlara ləzzət verir…
    MİLLƏTƏTİM 2300 T DUZUN PULUNU DA VERƏR ..YETƏR Kİ İCRA BAŞÇILARI QIŞDA TOKİYO VƏ YA İSTANBULA GEDİB ONLARIN İŞİNƏ BAXSINLAR…MİLLƏT EZAMİYYƏT PULUNU DA VERƏR…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*