“YAP-da elə islahatlar gözlənilir ki, digər partiyalara…” – Deputatbackend

"YAP-da elə islahatlar gözlənilir ki, digər partiyalara..." - Deputat

“Yeni Azərbaycan Partiyasının yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP yaranmaqla Azərbaycan siyasətətinə yeni nəfəs verdi. Dünyanın sürətlə dəyişdiyini nəzərə alaraq YAP hər zaman islahat, yenilik tərəfdarı olub”.

KONKRET.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlayan Yeni Azərbaycan Partiyasının üzvü olan millət vəkili Vüqar İskəndərov bildirdi ki, YAP da ölkədə gedən yeniləşmələrdən kənarda qala bilməz:

“Yeniliklər çevikliyi artırmağa da xidmət edəcək. YAP son illər özünün xarici əlaqələrini də artırıb. Bununla yanaşı gəncləşmə siyasəti davam edir. Belə ki, partiya üzvlərinin 40%-dən çoxu gənclərdir.

İslahat və yeniliklərin bütün strukturlarda aparıldığı üçün bu reformlar YAP-a da aiddir. II Qarabağ savaşı dövründə siyasi partiyaların birgə bəyanatı Azərbaycandakı yeni siyasi mədəniyyətdən xəbər verir. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən siyasət və uğurlu addımlarının nəticəsidir.

İndiyə qədər YAP üzvü olub, sonradan partiyadan xaric edilənlər var və bundan sonra da olacaq”.

Azərbaycanda partiya mənsubiyyətindən asılı olmayaraq hamının qanun qarşısında cavabdeh olduğunu deyən millət vəkili vurğuladı ki, cinayət törədənlər cəzalandırılmalıdır:

“Bunun fərqi yoxdur. Yerli icra hakimiyyəti rəhbərləri, eks nazir və müavinləri, digər məmurlar həbs olundu. Qanun pozanlara heç bir güzəşt edilmir. Cinayət varsa, həmin adam cəzasını çəkməlidir. Elə adamların partiyadan uzaqlaşdırılması da normaldır.

 

Təkrar edirəm, dünya sürətlə yenilənir. Azərbaycanda da start verilən islahatlar bütün sahələri əhatə edir. Bu baxımdan, YAP da istisna deyil. Çünki bu islahatların fonunda Yeni Azərbaycan Partiyası da dövlətin inkişaf dinamikasına cavab verməlidir.

Bu isə həmişə nəzərə alınıb və proses davam edir. Ümumiyyətlə, ölkə canlı orqanizmdir və islahatlar hər sahəni etdiyi üçün bu, siyasi partiyalara da aiddir.

Ümid edirik ki, reallaşdırdığı islahatlarla YAP digər siyasi partiyalara da örnək olacaq”, – deyə Vüqar İskəndərov mövzuya münasibətini yekunlaşdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*