YAP-ın daha bir şurası LƏĞV EDİLDİ  – YENİLƏNİBbackend

YAP-ın daha bir şurası LƏĞV EDİLDİ  - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb.

KONKRET.az xəbər verir ki, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.

Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın VII qurultayı martın 5-də keçirilib.

***

 11:12


Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

KONKRET.az-a bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib:

“Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*