Yaponiya Kurilin cənub hissəsini geri qaytarmaq üçün bunu etməlidir – ÇAĞIRIŞbackend

Yaponiya Kurilin cənub hissəsini geri qaytarmaq üçün bunu etməlidir - ÇAĞIRIŞ

KONKRET.az xəbər verir ki, Yaponiya Kommunist Partiyasının sədri Kazuo Şii “İomiuri” qəzetinə verdiyi müsahibədə Kuril adalarının cənub hissəsini geri qaytarmağın sürətli yolunu elan edib. Onun sözlərinə görə, bunun üçün Rusiyadan bütün arxipelaqı, o cümlədən şimal hissəsini tələb etmək lazımdır.

Kazuo Şii xatırladıb ki, ərazi məsələsinə dair Rusiya-Yaponiya danışıqlarında Moskva Tokionun iki cənub adasını təhvil vermək fikrini rədd edib: “Nəticədə dörd adanın təhvil verilməsi tələbi ilə keçmiş diplomatik mövqeyini təxirə salmaqla Yaponiyanın güzəştlər etməsi ilə qarşılaşdıq”.

Partiya lideri II Dünya Müharibəsindən sonra ədalətsiz bir sülh nizamlanmasına da toxunaraq Tokionun Kuril arxipelaqından imtinasını tanıyan San Fransisko Sülh Müqaviləsinin ləğv edilməsini istəyib.

Bundan əvvəl avqust ayında Rusiya xarici işlər naziri Serqey Lavrov iki Kuril adasının Yaponiyaya təhvil verilməsinin yalnız II Dünya Müharibəsinin nəticələrini və sülh müqaviləsi bağladıqdan sonra mümkün olduğunu söyləyib: “İndiyə qədər hər şey yapon həmkarlarımızın İkinci Dünya Müharibəsinin nəticələrini tanımaq istəməməsindən və bununla da sülh müqaviləsinin imzalanmasının qarşısını almasından asılıdır. Vəziyyətin çətin olduğunu düşünmürəm”.

Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas maneə Cənubi Kuril adaları – Iturup, Kunaşir, Şikotan və Kabomay qrupu ilə əlaqədar həll edilməmiş ərazi mübahisəsi olub. Yaponiya tərəfi Cənubi Kuril adalarını “şimal əraziləri” adlandırır və onların üzərindəki Rusiya suverenliyini, Moskva isə öz növbəsində ərazi mübahisəsi faktını tanımır.

Qeyd edək ki, 19 oktyabr 1956-cı ildə SSRİ ilə Yaponiyanın birgə bəyanatına əsasən, Moskva dörd Cənubi Kuril adalarından ikisini (Habomay və Şikotan) Yaponiyaya təhvil verməyə razıdır, bununla birlikdə bu adaların Yaponiyaya həqiqi şəkildə verilməsi sülh müqaviləsi bağlandıqdan sonra ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*