Yaponiya Rusiyadan kömür idxalını AZALDIRbackend

Yaponiya Rusiyadan kömür idxalını AZALDIR

Yaponiya hökuməti Rusiyadan kömür idxalını tədricən azaltmağı planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Hagiuda bildirib.

Nazir qeyd edib ki, hökumət Rusiyadan kömür idxalını mərhələli şəkildə azaltmağa qərar verib:

“Nüvə də daxil olmaqla yenilənə bilən enerji mənbələrimizi diversifikasiya edərək Rusiyadan asılılığımızı azaldacağıq”.

Hagiuda qərarın “G7” ilə koordinasiyalı şəkildə alındığını bildirib:

“Mərhələlərin sonunda Rusiyadan kömür idxalını tamamilə dayandırmağını planlaşdırırıq”.

“G7” ölkələrinin idxal olunan enerjiyə ehtiyacları olduğunu qeyd edən Hagiuda Yaponiyanın alternativ enerji mənbələrinə müraciət edəcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*