Yaponiya kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün Ukraynaya dağıntıları, minaları təmizləmək və toxumların səpilməsinə kömək edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirlər kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Baş katib qeyd edib ki, hökümətin 100 milyon dollarlıq humanitar yardım qərarına əsasən, Yaponiya ərzaq, gündəlik tələbat malları, dərman təminatı və qaçqınların Ukraynadan təhlükəsiz şəkildə getməsinə kömək edəcək.
Yardımlar beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə çatdırılacaq.
Digər tərəfdən, Matsuno ölkəsinin “G7” ölkələri ilə əməkdaşlığa uyğun olaraq, Ukrayna xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.
O bildirib ki, bu həftənin əvvəlindən indiyədək 321 şirkət, 147 bələdiyyə və 17 qeyri-hökumət təşkilatı Ukraynaya dəstək kampaniyalarında iştirak edib.
İqbal Rzayev,
KONKRET.az
