Yaponiyanın şimalında, Hokkaydo adası sahillərində kruiz gəmisi batır.
KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya televiziyası bildirib.
Gəmidə 30-a yaxın şəxsin olduğu deyilir. Qeyd olunur ki, onlar xilasedici jiletlərini geyərək xilasedicilərin yaxınlaşmasını gözləyirlər.
Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.
Qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib. /Trend
