“Yaponlar ağıllı xalqdır, amma bu məsələdə uzaqgörən siyasət yürütmədilər” – İLGİNC DETALLARbackend

“Yaponlar ağıllı xalqdır, amma bu məsələdə uzaqgörən siyasət yürütmədilər” – İLGİNC DETALLAR

Yaponiya Rusiyaya neft emalı avadanlıqlarının ixracına qadağa qoyub. Artıq Yaponiyanın da Rusiyaya qarşı sanksiya tətbiq etməsi, müharibənin miqyasının böyüdüyünü və daha geniş fazaya keçdiyini deməyə əsas verir. Rusiya və Yaponiya arasında Kuril adalarına görə  fikir ayrılıqlarının mövcud olması, eyni zamanda rəsmi Tokionun Moskvaya qarşı sanksiyalar tətbiq etməsi iki ölkə arasında ciddi problemlərə yol aça bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, Yaponiya heç cür Kuril adalarının cənub hissəsindən imtina etmək istəmir: “Baxmayaraq ki, 77 ildir bu iki dövlətin arasında sülh müqaviləsi yoxdur. Amma Rusiya və Yaponiya arasında ticarət əlaqələri mövcud idi. İndi Yaponiya vəziyyətdən istifadə edir və Rusiyanın tamam çökdüyünü düşünür. Ona görə də, belə bir siyasi və iqtisadi demarş edir. Amma Rusiya da ondan geri qalmır. Artıq Yaponiyanı iqtisadi sanksiyalar tətbiq edən dövlətlər siyahısına salıb. Doğrudur sanksiya Rusiyaya da müəyyən mənada təsir göstərəcək. Amma burada uduzan Yaponiya olacaq. Çünki Yaponiya iqtisadiyyatında Rusiya resurslarının xüsusi önəmi var. İstər maşınqayırma, istər dəzgah və gəmiqayırma sahəsində bilavasitə Rusiyadan alınan resurslardan istifadə olunur. Görünən odur ki, Rusiya bu müharibədə çox müsbət şeylər qazandı. Bunlardan biri də ucuz qiymətə xarici səhmləri almasıdır. Eyni zamanda, bir çox bazarda qiymətlərin bahalaşmasına şərait yarandı. Üç gün ərzində qazın qiyməti min kub metrə görə təxminən 4 min dollara qədər yüksəlib. Eyni şey Yaponiyada da baş verəcək. Çünki yaponiya dünyada resursu olmayan ölkələrdən biridir. Yəni bu ölkənin hər məhsulu xaricdən idxal edilir. Özünün balıqçılıqdan başqa heç nəyi yoxdur. Bu mənada Yaponiya Rusiya ilə bacarmayacaq”.

Cümşüd Nuriyev qadınlardan ÜZR İSTƏDİ: “Bütün qadınlar mənə əzizdir”

Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyanın resurs imkanları böyükdür. Yaponiyanın isə resursları yoxdur: “Vəziyyət Rəsmi Tokionun ziyanına dəyişəcək. Dünya resurslarının 21 faizi Rusiyadadır. Amma dünyada 5 mindən çox məhsul istehsal olunur, yəni mal növləri mövcuddur. Rusiya isə onların heç birində ön sırada deyil. Amma Yaponiya o siyahılarda ilk sıralarda yer alıb. İndi sanksiya tətbiq etməklə Yaponiya öz mövqelərini itirəcək və onu ABŞ əvzələyəcək. Çünki Yaponiyanın dövlət kimi də özünü müdafiə etmək qabiliyyəti yoxdur. 1945-ci il Hamburq sazişindən sonra Yaponiyanın müdafiəsini ABŞ təşkil edir. Ukrayna məsələsində isə  biz Amerikanın heç zaman Rusiya ilə döyüşmək istəmədiyini gördük. Ona görə də, Yaponiyanın hansı ağılla bu işə girişdiyini anlamaq çətindir. Çünki ondan belə bir sanksiyanı tələb edən də yox idi. Doğrudur yaponlar xalq kimi çox ağıllıdırlar, amma bu məsələdə uzaqgörən siyasət yürütmədilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Garachanta
    Mart 8, 2022 - 17:09

    bu əldəqayırma nə vaxtdan yaponları qiymətləndirməyə başlayıb?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*