Goranboyda yaşayış evində yanğın olub.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Zeyvə kəndində baş verib.
1987-ci il təvəllüdlü kənd sakini Qədimov Kamal Güloğlan oğluna məxsus birmərtəbəli fərdi yaşayış evində baş verən yanğın FHN-nin yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya çatdırılıb. Zəruri tibbi yardım alan kişinin durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
