Bakıdakı hündürmərtəbəli yeni tikililərdən toplanan bəzi xidmət haqları fərqli qiymətlərlə ifadə olunur. Halbuki Mənzil Məcəlləsinə edilən dəyişikliklərdən sonra çoxmənzilli binaların idarə edilməsi sakinlərin özlərinə tapşırılıb. Bunun üçün Mənzil Mülkiyyətçisi Cəmiyyəti formalaşdırılmalıdır ki, sakinlər xərcləri özləri idarə edə bilsinlər.
Amma sakinlərin məlumatlı olmamasından istifadə edən Mənzil Tikinti Kooperativləri özlərinə “əbədi gəlir yeri” formalaşdırmaq üçün bu xərclərin idarəçiliyini öz əllərinə alırlar. Əslində isə binanı tikib təhvil verəndən sonra MTK-nın müdaxilə etmək və ya bu işlərlə məşğul olmaq hüququ yoxdur. Bu xidmətləri ya Mənzil İstismar Sahələri, ya Cəmiyyət, ya da bələdiyyələr həyata keçirməlidir. Bizim MTK-lar isə saxta qurumlar yaradaraq, idarəetməni özlərinə yönəldirlər. Bu zaman müxtəlif binalar üzrə fərqli qiymətlərin ortaya çıxması faktları ilə qarşılaşırıq.
Məsələn, paytaxtın hər hansı ərazisində yerləşən mənzil kvadratmetrin görə tələb olunan “ev pulu”, digər ərazilərdə fərqli tariflə toplanır.
Bəs bu məsələlər qanunvericiliklə necə tənzimlənir?
Əmlak məsələri üzrə ekspert Elxan Orucov KONKRET.az açıqlamasında bildirib ki, qanunvericiliyi uygun olaraq, mənzil fondu üç yerə – Dövlət ,bələdiyyə və özəl mənzil fondlarına bölünür:
“Hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti özəl mənzil fonduna məxsusdur. Binanın saxlanılması da mənzil qanunvericiliyinə uygun olaraq orada yaşayan mülkiyyətçilərin vəsaiti hesabına təmin edilir. Ümumiyyətlə, şirkətlərin binalarda hər hansı tarifi artırmaga icazəsi yoxdur. Hər hansı qiymət artımları isə yalnız sakinlərin 50+1 yetərsay imzası ilə qərarlaşdırırlır. Bina sakinlərinin ümüumi yıgıncagının qərarı yoxdursa, tarif artımı qanunsuzdur. Şirkətlər özbaşına tarif müəyyən edə bilməz. Tarif artımı əsaslandırılmış formada razılaşdırılaraq sakinlərə təqdim olunmalıdır. Xərclərin dəqiq ünvanı göstərməlidir. Ümumiyyətlə isə Azərbaycanda vahid tarif prinsipi yoxdur. Hər bir binanın özünəuygun saxlanma xərci var və ona görə də müxtəlif tariflər müəyyənləşdirilir. Ola bilər, iki bina eyni ərazidə yerləşsin, amma müəyyən texniki və istismar xərclərinə görə onların tarifləri müxtəlif olsun”.
Vaqif Nəcəfov,
KONKRET.az

Kommunal.
Salam.hər vaxtınız xeyr.məqaləni oxudum,və istədim şikayət bildirim.
Deməli 2016 çi ildən Xırdalan şəhəri AAAF park yaşayış kompleksində mənzil almışıq.mənzil tam tikilib təhvil verilməyib.lift qoyulmayıb,qaz xətləri çəkilməyib.bu səbəbdən bu müddət ərzində bucür problemlər olduğuna görə başqa bir yerdə kirayə qalırdıq.3 aydır təmir edib köçmüşük.MMC servis liftlərə kart qoyub.və bizə 650 manat indiyədək borc yazıblar.deyillər ödəniş etməsəz liftdən istifadə etməyə icazə verilməyəcək.və qapıya qoyula qəbzdə heçbir təyinat yoxdur.Vöen,ödənişin təyinatı,kod.odənisləridə nəğd istəyirlər.bunlar qanunvericiliyə uyğundurmu?.pandemiya dövrü olub işlədiyimiz yerlər bağlanıb.indidə öz menzilimizə liftlə qalxmağa blok qoyulub.koməyiniz üçün təşəkkürlər.