Yeniyetmənin döyülməsi ilə bağlı AÇIQLAMAbackend

Yeniyetmənin döyülməsi ilə bağlı AÇIQLAMA

Yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır. Əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər keçirilir.

20:58

Mingəçevirdə 16 yaşlı yeniyetmə bir neçə nəfərin hücumuna məruz qalıb.

KONKRET.az-ın məlumatına görə, hadisə “Dostluq”parkı hüdudlarında baş verib. İlkin məlumata görə, bir neçə nəfərin hücumuna məruz qalan 2008 -ci il təvəllüdlü Bələmədli Yusif Afiq oğlu müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə yeniyetmənin cənə sümüyünə də ciddi xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*