“Yerevanın “İrəvan” adlandırılmasına az qaldı” – Ermənilər dərsliklərə etiraz edirbackend

“Yerevanın “İrəvan” adlandırılmasına az qaldı” – Ermənilər dərsliklərə etiraz edir

Ermənistanda 2-ci və 5-ci siniflər üçün dərsliklərdə şəhərlərin erməni adları əvəzinə Azərbaycan toponimləri işlədilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məsələn, 2-ci siniflər üçün “Ana dili” dərsliyində Stepanavan şəhəri Azərbaycan dilində Cəlaloğlu, 5-ci sinif kitabında isə Spitak Amamlu kimi qeyd edilib.

Teleqram kanallarından birində bununla bağlı yazılan şərhdə deyilir: Müasir Ermənistanda indiki hakimiyyət Azərbaycan toponimlərindən istifadə etməyi normal sayır.

“Hakimiyyət orqanları buna ürəkdən icazə verir və hətta bu adları təşviq edir. çünki Paşinyan və onun administrasiyası Ermənistanı məhv etmək qərarı verib. Stepanavanın Cəlaloğlu adlandırılması, bu toponimlərin gənclərin kövrək beyinlərinə aşılaması bu məqsədə xidmət edir. Belə getsə, Yerevanın adının “İrəvan” olaraq dəyişdirilməsi uzaqda deyil”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*