“Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin olunur” – AYNAbackend

"Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin olunur" - AYNA

Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə KONKRET.az-a AYNA-dan bildirilib.

Monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin olunur.

Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*