Son sutkada daha 31 nəfər koronavirusa YOLUXDUbackend

Son sutkada daha 31 nəfər koronavirusa YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 620, bu günə qədər isə ümumilikdə 7 356 956 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*