Yumurta haqda olan düşüncələrimiz yanlış imiş: Sən demə…backend

Yumurta haqda olan düşüncələrimiz yanlış imiş: Sən demə...

Pəhrizdə çox miqdarda yumurta istifadə etmək, məşhur mifin əksinə olaraq, qanda “pis xolesterinin” səviyyəsini artırmır.

KONKRET.az xəbər verir ki, bu haqda alim Nik Norvitz danışıb.

O, bu iddiasının doğruluğunu sübut etmək üçün bir ayda 720 yumurta yeyib. O, qida rasionunda yumurtanın istifadəsinin qanda aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaltdığını da bildirib. Və irəli sürdüyü fərziyyələrin doğruluğunu sübut etmək üçün bir ay ərzində hər gün 24 ədəd yumurta yeyib. Bir ay sonra o, pəhrizinin heç bir pis nəticələrə səbəb olmadığını açıqlayıb. Üstəlik, qan analizləri vasitəsilə orqanizmində aşağı sıxlıqlı lipoproteinlərin miqdarının 18 faiz azaldığını müəyyən edib.

Mütəxəssislər qeyd edirlər ki, aparılan elmi təcrübənin belə nəticəsi çox güman ki, qaraciyərin işi ilə bağlıdır. Sonuncu, pəhrizdə çox miqdarda yumurta istifadə edərkən aşağı sıxlıqlı lipoproteinlərin istehsalını azaldır. Ancaq rus qastroenteroloqu Tatyana Jarovskaya yüksək qan xolesterolu olan insanlara yumurta da daxil olmaqla doymuş yağlar olan qidaların istehlakını məhdudlaşdırmağı tövsiyə edib. Jarovskaya gündə birdən çox yumurta yeməyi məsləhət görmür./Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*