Yunan ermənilərdən İlon Maska Türkiyə ilə bağlı ÇAĞIRIŞbackend

Yunan ermənilərdən İlon Maska Türkiyə ilə bağlı ÇAĞIRIŞ

Səkkizinci dəfə kosmosa peyk göndərməyə hazırlaşan Türkiyə ermənilər və yunanları narahat edib.

KONKRET.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən yunan və erməni lobbiləri Türkiyə peykini kosmosa çıxaracaq İlon Maskın “SpaceX” şirkətini dayandırmaq üçün hərəkətə keçib.

ABŞ-dakı Yunan-Amerika Şurası və Amerika Erməni Milli Komitəsi “5B” rabitə peykinin “təhlükəli hərbi addımlar”a yol açdığını iddia edərək ABŞ Federal Aviasiya İdarəsinə məktub yazıb.

“ABŞ yaxın müttəfiqləri – Ermənistan və Yunanıstanın maraqlarını nəzərə almalıdır. Amerika Aviasiya İdarəsi vaxtında bunun qarşısını almalıdır. Türkiyə kosmosdakı peyk və yerdəki hərbi qüvvələrini peşəkar şəkildə istifadə etməyə başlayıb”, – məktubda qeyd olunub.

Türkiyənin kosmosdakı yeddinci peyki “5A “ bu il yanvarən 8-də ABŞ-ın Florida ştatından kosmosa göndərilib. “Türksat 5A” peyki 35 dəqiqədən sonra siqnal verməyə başlayıb.

Erməni və yunan lobbiləri o vaxt ABŞ-a təzyiq göstərsələr də, lakin heç bir nəticə əldə edə bilməmişdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*