Yunanıstan da Rusiya diplomatlarını ölkədən çıxarır.
KONKRET.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Yunanıstan hökuməti 12 rusiyalı diplomatın ölkədən çıxarılması ilə bağlı qərar verib.
Qeyd edək ki, ötən gün Danimarka, İtaliya, İsveç də oxşar qərarlar alıblar.Ümumiyyətlə, son günlərdə Rusiya diplomatları Avropa ölkələrindən kütləvi şəkildə qovulur.
Rusiya XİN isə bəyanatlar yayaraq həmin ölkələrə adekvat cavabların veriləcəyini bildirib.
Vəsilə İbrahim,
KONKRET.az
