Zaqatalada ev yanaraq kül oldubackend

Zaqatalada ev yanaraq kül oldu

Zaqatalada yanğın hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Cımcımax kəndində bir evdə olub.

Belə ki, kənd sakini 1995-ci il təvəlldlü Əliyev Mətləb Nəriman oğluna məxsus yaşayış evi yanıb.

Yanğın yerinə Zaqatala YMH-nin texnikaları cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 200 kv/m olan evin 170 k/m sahəsi tamamilə yanıb.

Yanğında xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*