Zaqatalada fərdi yaşayış evində yanğın oldubackend

Zaqatalada fərdi yaşayış evində yanğın oldu

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

KONKRET.az xəbər verir ki, yanğın hadisəsi səhət saat 05 radələrində rayonun Qımır kəndində Elnur İbrahim oğlu Səmədova məxsus kürsülü ikiotaqlı fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb edilib.

Yanğın nəticəsində evin 70 kv/m-lik hissəsinin yanar konstruksiyaları və ərazidə olan ev əşyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*