Zaxarovadan Ermənistan və Azərbaycan arasında açılacaq dəmir yolu əlaqəsi ilə bağlı AÇIQLAMAbackend

Zaxarovadan Ermənistan və Azərbaycan arasında açılacaq dəmir yolu əlaqəsi ilə bağlı AÇIQLAMA

“Deyə bilərəm ki, dəmir yolu əlaqəsi ilə bağlı hər şey, yəni Brüssel görüşünün nəticələrinə görə irəli sürülən bütün təşəbbüslər, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin noyabrın 26-da imzalanmış üçtərəfli sazişində inkişaf etdirilib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan və Azərbaycan liderlərinin bu məsələ ilə bağlı son bəyanatlarını şərh edərkən deyib:

“Üç ölkənin baş nazir müavinlərinidən ibarət  işçi qrupu vasitəsilə əsaslı müzakirələr davam edir. Bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması, həmçinin regionda dəmir və avtomobil yolu əlaqələrinin bərpası məsələlərinin bütün spektri nəzərdən keçirilir. Dövlət başçılarının faktiki olaraq razılaşdıqları kimi, biz nəqliyyat layihələrinin tez bir zamanda işə salınması üzərində işləyirik” – Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*