Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırmaq fikirində deyil
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib.
XİN rəsmisi bildirib ki, xəbər “feyk”dir, həqiqət deyil. Zaxarova səfirin işini davam etdirdiyini vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın “Hraparak” qəzeti Kopırkinin geri çağırılacağı ilə bağlı məlumat yayıb. Zaxarova qəzetin bu məlumatla bağlı təkzib yayacağını da qeyd edib.
