Zelenski “Ağ Aslan” ordeninə LAYİQ GÖRÜLDÜbackend

Zelenski "Ağ Aslan" ordeninə LAYİQ GÖRÜLDÜ

Zelenski artıq iki mükafata layiq görülüb.

Söhbət Ronald Reyqanın (ABŞ) “Azadlıq” medalından və “Ağ Aslan” ordenindən (Çexiya) gedir.

KONKRET.az xəbər verir ki, Çexiya prezidenti Miloş Zeman Ukrayna prezidenti Vladimir Zelenskiyə ali dövlət mükafatı verilməsi təklifini təmin etmək qərarına gəlib. Ukrayna lideri Rusiya təcavüzü zamanı ölkəni tərk etmədiyi və onu müdafiə etməyə davam etdiyi üçün təqdir edilib.

Ağ Aslanın ordenlərinin təltif edilməsi mərasimi martın 7-də bazar ertəsi axşam Çexiya prezidentinin iqamətgahında – Praqa qəsrində baş tutub.

“Deputatlarımızdan biri Ukrayna Prezidenti Zelenskiyə Çexiyanın ən yüksək mükafatı verilməsini təklif etdi və mən də bu təklifi yerinə yetirmək qərarına gəldim. Buna səbəb Ukrayna prezidentinin cəsarət və şücaət göstərməsidir. Birləşmiş Ştatlar onu təxliyə etməyi təklif etsə də, o, öz ölkəsinin paytaxtında qaldı, oradan müdafiəyə rəhbərlik etdi”, – deyə əvvəllər açıq şəkildə Rusiyanın mövqeyini dəstəkləyən Çexiya prezidenti Miloş Zeman bildirib.

Qeyd edək ki, “Ağ Aslan” ordeni 1922-ci ildə təsis edilib. Orden ən çox xarici vətəndaşlara – görkəmli siyasi və ictimai xadimlərə, dövlət qarşısında xidmətlərinə görə beynəlxalq təşkilatların nümayəndələrinə verilir. Orden beşguşəli ulduzdur, qızıl toplarla üçlü budaqlıdır və qranat-qırmızı minadan hazırlanmışdır. Ulduzun mərkəzində gümüşü Çex aslanı var. Ulduzun ayrı qolları arasında qızılı cökə yarpaqları var. Üz tərəfində Çex Respublikasının dövlət gerbi və göy rəngdə “Həqiqət qalib gəlir” yazısı var.

Xuraman Etibarlı,

KONKRET.az

  • Garachanta
    Mart 8, 2022 - 11:36

    Zelenski Dünya Qəhrəmanıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*