Ukrayna prezidenti Volodimir Zelenski canlı yayımla Britaniya parlamenti qarşısında çıxış edib.
KONKRET.az xəbər verir ki, o Ukrayna şəhərlərindəki humanitar fəlakətdən danışıb.
Dövlət başçısı ölkəsi üzərindəki hava məkanının bağlanmasına çağırıb.
“Biz təslim olmayacağıq. Sonadək döyüşəcəyik”, – deyə o bəyan edib.
21:35
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya İcmalar Palatasında deputatlar qarşısında videobağlantı vasitəsilə çıxışı başlayır.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Britaniya deputatları Zelenskini ayaq üstə alqışlarla qarşılayıb.
