“Zelenski, Putindən sığınacaq istə, yoxsa sonun Saakaşvili kimi olacaq” – Ramzan Kadırovbackend

"Zelenski, Putindən sığınacaq istə, yoxsa sonun Saakaşvili kimi olacaq" - Ramzan Kadırov

“Zelenski Rusiya lideri Putindən sığınacaq istəsin, yoxsa sonu Saakaşvili kimi olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O qeyd edib ki, Zelenski əla aktyordur, lakin siyasətdən uzaqdır. Ramzan Kadırov  növbəti dəfə Zelenskiyə müraciət edərək onu Putinlə şəxsi görüş təşkil etməyə dəvət edib, həmçinin ona siyasi sığınacaq zəmanəti verib.

Kadırov qeyd edib ki, Kiyevin hazırkı rəhbəri Polşadan keçərək uzaq ölkələrə köçmək qərarına gəlsə, o zaman onu Mixail Saakaşvilinin taleyi  gözləyəcək.

“Xatırla ki, Saakaşvili sonda zorla Gürcüstana qaytarılıb və orada mühakimə olunub. Əgər sən Rusiyaya güvənirsənsə və dialoqa hazırsansa, o zaman mən səninlə görüşməyə və şəxsən Rusiya prezidenti V. Putindən xahiş etməyə hazıram ki, sənə siyasi sığınacaq versin və simanı qorusun”, – deyə Kadırov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Garachanta
    Mart 7, 2022 - 09:18

    ramzan özü d…dan asılacaq…xəbəri verəndə dəqiq verin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*