Zelenski: “Rusiya son 30 ildə Ukraynada 13 gündə olduğu qədər texnika itirməyib”backend

Zelenski: “Rusiya son 30 ildə Ukraynada 13 gündə olduğu qədər texnika itirməyib”

Rusiya ordusu son 30 ildə Ukraynada son 13 gün ərzində olduğu qədər aviasiya texnikasını itkisinə məruz qalmayıb”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Volodimir Zelenski çıxış edib.

Ukrayna prezidenti vurğulayıb ki, rəhbərlik etdiyi ordu Rusiyanın canlı qüvvəsini məhv etməkdə davam edir:

“Lakin səma da var. Yüzlərlə Rusiya qanadlı raketləri, yüzlərlə döyüş təyyarəsi, yüzlərlə helikopter məhv edilib. Rusiya ordusu son 30 ildə Ukraynada son 13 gün ərzində olduğu qədər aviasiya texnikasının itkisinə məruz qalmayıb”, – deyə 44 yaşlı V.Zelenski bildirib.

Bununla belə, onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər texnikası var.

“Onların raket ehtiyatı var. 500 kiloqramlıq bombaları Çerniqova, Kiyevə, Odessaya, Xarkova, Poltava, Jitomirə atacaq qədər kifayət edir”, – deyə Ukrayna prezidenti söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*