Zelenski Ukraynanın güvənə biləcəyi ölkələrin adlarını açıqladıbackend

Zelenski Ukraynanın güvənə biləcəyi ölkələrin adlarını açıqladı

Zelenski Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olan 7 ölkənin adını çəkib.

KONKRET.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna prezidenti hesab edir ki, gələcək sazişin bəndləri xüsusi iclasda müzakirə olunmalıdır:

“Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır. “ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail təhlükəsizlik zəmanətləri siyahısını müzakirə etməyə hazırdır”.

Zelenski bildirib ki,  bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə yox:

“Ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*