Ukrayna prezidenti Volodimir Zelenski xəstəxanada Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinə baş çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Prezident Volodimir Zelenski hərbi hospitalda müalicə olunan yaralı Ukrayna müdafiəçilərinə baş çəkib.
Hərbçilər Kiyev vilayətində gedən döyüşlərdən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə aparılıb.
Dövlət başçısı şücaət və fədakarlığa görə hərbçiləri orden və medallarla təltif edib, ağır şəraitdə nümunəvi əməyinə görə hospitalın kollektivini də qeyd edib.
Bundan əlavə, Zelenski xəstəxana rəhbərliyi ilə danışıb, müəssisənin ehtiyacları və müharibə zamanı həyata keçirilən xüsusi tədbirlər barədə soruşub.
Xuraman Etibarlı,
KONKRET.az
