Vladimir Zelenski Radaya “2022-ci ildə digər dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisinə qəbulu haqqında” qərarını təsdiqləyən qanun layihəsi təqdim edib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, parlamentin saytında bununla bağlı 6359 saylı sənəd dərc olunub.
Siyasi ekspertlər qeyd edirlər ki, sənədin əsas motivi NATO ölkələrinin ordularının Ukrayna ilə müxtəlif hərbi təlimlərdə iştirakıdır.
Xüsusilə, əvvəllər ABŞ-ın strateji bombardmançı təyyarələri təlimlərdə Ukrayna Hərbi Hava Qüvvələri ilə birlikdə Rusiya Federasiyasının ərazisində (Krım da daxil olmaqla) nüvə raket zərbəsi həyata keçirib. Bundan əlavəı “Rusiya ilə müharibədə” dəniz və quru təlimləri də baş tutub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
