“Gənclik” metrosunun yaxınlığındakı tunel 512 milyon dollara çəkilib.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın “Dizayn Holdinq” şirkətinin rəhbəri Franko Rizatto özünün sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 15 il nəqliyyat naziri işləyən Ziya Məmmədovun dövründə təkcə yolların tikintisinə 10,5 milyard manat vəsait ayrılıb. Bu barədə Qubad İbadoğlu daha müfəssəl məlumat verib.
Görünən odur ki, Ziya Məmmədovun taladığı vəsaitlər artıq milyardlarla ölçülür. Bu isə onu deməyə əsas verir ki, Səlim Müslümovun ardınca Ziya Məmmədovun da həbsi qaçılmaz olacaq. Çünki milyardlarla manatı talayan, infrastruktur layihələrinin keyfiyyətsiz həyata keçirilməsi ilə ciddi maxinasiyalara yol verən məmurlar həbs edilməli, oğurladıqları pullar geri qaytarılmalıdır.
Natiq Səlim,
KONKRET.az
