11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başlandı – RƏSMİbackend

11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başlandı - RƏSMİ

Gürcüstanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan video ilə əlaqədar istintaqa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda deyilir. Bildirilir ki, Tbilisi polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin müdiri video yayımlandıqdan dərhal sonra hərəkətə keçib və Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaq başladılıb.

Videoda qeyd olunan halların müəyyənləşdirilməsi üçün göstərilən cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*