Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraktar TB2” PUA-larını almağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
BƏƏ rəsmiləri ilə “Baykar” şirkəti arasında mart ayından davam edən danışıqların bəzi detalları bəlli olub.
Məlumata görə, danışıqlar zamanı 120 ədəd “Bayraktar TB2”nin tədarükü ilə yanaşı, çoxlu sayda sursat, komanda-idarə mərkəzi və təlim paketləri də sifariş edilib.
120 ədəd “Bayraktar TB2” və digər hərbi vasitələrin yer aldığı paketin ümumi dəyərinin 2 milyard dollara yaxın olduğu bildirilib.//Axar.az
