Azərbaycanda 145-150 min nəfər pensiyaçı əmək fəaliyyətini davam etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
O bildirib ki, həmin şəxslər əmək fəaliyyətlərini davam etdirib 6 illik müddəti tamamladıqda, artıq bu müddətdə toplanan kapital müvafiq əmsala bölünməklə pensiyaların üzərinə əlavə ediləcək. Bu da pensiyaların artımına səbəb olacaq.

Əgər vətəndaş normal məbləğdə pensiya ilə təmin olunsaydı o, pensiya çıxandan sonra işləməzdi. 6 ildən sonrakı artım deyil, vətəndaşın öz halal zəhmətinin nəticəsidir