2 800 şəhidin cibindən tapılan pulla tikilən bulaq – FOTObackend

2 800 şəhidin cibindən tapılan pulla tikilən bulaq - FOTO

Türkiyənin Sinop şəhərinin mərkəzində yerləşən “Şəhidlər bulağı”nın maraqlı hekayəsi var.

KONKRET.az xəbər verir ki, bulaq Krım müharibəsində şəhid olan 2 800 əsgərin cibindən çıxan pula tikilib.

Məlumata görə, XIX əsrin ən qanlı döyüşlərindən biri olan Krım müharibəsi zamanı şəhid olan minlərlə əsgərin cibindən çıxan qəpik pullar toplanlb. Daha sonra həmin qəpiklərdən şəhidlərin xatirəsinə hər kəsin istifadə edə biləcəyi bulaq inşa ediblər.

Osmanlı və Rus orduları Krım müharibəsində Qafqaz cəbhəsində döyüşərkən Sinop şəhəri 30 noyabr 1853-cü ildə Rusiya donanmasının basqını ilə  cəhənnəmə çevrilib. Şəhər tamamilə yandırılaraq məhv edilib. Sinop Limanında  2 min 800 osmanlı əsgəri şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*