29 yaşlı azərbaycanlı çempion qəfildən öldü – FOTObackend

29 yaşlı azərbaycanlı çempion qəfildən öldü - FOTO

Çempion ürək tutmasından dünyasını dəyişib.

KONKRET.az “Unikal”a istinadla xəbər verir ki, əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23 -də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib.

1997-ci ildən Qazaxıstanda yaşayan N. Dəmirçi idmanın boks, kikboks, qaydasız döyüş və K- 1 idman növləri ilə məşğul olub. O, boks və kikboksinq üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N. Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*