3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldübackend

3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü

Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, 3 gün əvvəl Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.

Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində baş verib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*