Üç marşrut xətti “BakuBus”a verildibackend

Üç marşrut xətti “BakuBus”a verildi

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

KONKRET.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəticələrə əsasən, 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub. Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.

Sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*