Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
KONKRET.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qızcığaz zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 76 nəfər həlak olub.
