30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edildibackend

30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edildi

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

KONKRET.az xəbər verir  ki, bunu Baş Prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*