3797-ci ilədək ÖNGÖRMƏLƏRİ olan Nostradamus 2023-cü il BARƏDƏ nə deyib? – DƏHŞƏTLİ FAKTLARbackend

3797-ci ilədək ÖNGÖRMƏLƏRİ olan Nostradamus 2023-cü il BARƏDƏ nə deyib? - DƏHŞƏTLİ FAKTLAR

Fransız münəccim Mişel Nostradamusun öngörmələri bir neçə əsrdir ki, maraqla izlənilir. Hətta siyasətçilərin stolüstü kitabına çevrilən proqnozlar çox vaxt reallığa çevrilir. Bəzi ehtimallara görə dünya onun yazdığı ssenari ilə idarə olunur.

KONKRET.az xəbər verir ki, astroloqlar onun əlyazmalarını Nostradamus yaşayan dövrdən 2240 illik ulduz falı hesab edir.

Bəs Nostradamus kimdir?

Mişel de Nostradam XVI əsrin əvvəlində Fransanın cənub-şərqində dünyaya gəlib. Onun babaları 1 əsr öncə zorla katolikləşdirilən yəhudilərdir. 15 yaşında təhsil almaq üçün Avinyona yollanan Nostradamus Avropanın vəbadan əziyyət çəkdiyi ilə rastlaşır və əlac tapmaq üçün həkimlik həvəsinə düşür. Monpelye universitetinin tibbini oxuyur və 5 il sonra doktorluqla oradan ayrılır. Latıncaya görə özünü Nostradamus adlandırırdı. Gənc yaşında səyahətlərə başlamağı onun yolunu astroloq Jül Skaliqerlə kəsişdirir. Beləliklə, Nostradamus astrologiya ilə məşğul olur və ilk əsərini 52 yaşında yazır. Onun mirası katren – 4 sətirli (şeir) bəndlərlə saxlanılıb və deşifrəsi asan deyil. Çünki bu kodlarda 4 dildən – latın, qədim fransız, italyan və yunancadan istifadə olunub. Tarixlər az qeyd olunduğu üçün xronoloji ardıcıllıq yoxdur. Proqnozlarının yarıdan çoxu real çıxıb.

Gələcək nəsillərə miras qoyulan 942 bənddə:

– II Dünya savaşı;

– Xirosimaya nüvə hücumu;

– ABŞ-da 2001-ci il terroru;

– 2019-cu ildə Fransa paytaxtında yerləşən müqəddəs Məryəm Ana kafedralındakı yanğın;

– II Elizabetin dəqiq ölüm tarixi.

Onun görmələri 3797-ci ilə qədər aktualdır. Lakin hazırda 2023 olduğu üçün Nostradamusun builki proqnozlarına diqqət yetirək:

“5/23

Çoxları Marsla ittifaq yaradanda,

İki namizəd birləşəcək.

Afrikalı lider qorxub və əsir,

İkili birliyi donanma ayırır”.

Bəzi katren mütəxəssisləri “afrikalı lider” kimi milyarder İlon Maskı görürlər. Çünki kosmos fatehi Cənubi Afrika Respublikasındandır. Onun qorxusu isə yarana biləcək nüvə müharibəsilə bağlıdır. Nostradamusun fikrincə, bu dövrdəki dağıntılar insanlıq üçün yeni eranın başlanğıcıdır. 2023-cü il insanlığın ruhən yenidən yaradılışıdır.

Kosmos təhlükəsi

Nostradamus kosmik faktorla bağlı xəbərdarlıq edib. Miras qoyduğu katrenlərdə Yer Kürəsinə alov (asteroid, meteorit) düşəcəyi qeyd olunub. Bu isə dünyadakı tarazlığı pozacaq və Yerin öz orbitindən qismən çıxmasına gətirəcək. Haşiyəyə çıxaraq qeyd edim ki, Vanqa da 2023-də Yerin orbitinin dəyişəcəyi ilə bağlı proqnoz verib.

İlahi nizamı pozmaq istəyən Bill Qeytsin planları barədə də məlumat vermişik.

Şuman rezonansına (1952-54) görə isə dünyanın dönüşü 7.8-dir. Yəni 6.78 dönüşü Şuman rezonansını, 7.8-i pozar. Dünya titrəyişinin pozulması isə canlı orqanizmlərin sonu deməkdir. Bu isə insanların aclıq və səfalətidir. Yəni Qeyts tayfası ilahi kosmik rezonansı pozmaq istəyir. Türkiyəli araşdırmaçı yazar Mustafa Kurnazın fikrincə, Fatihə surəsinin rezonansa müsbət təsiri ola bilər. Hətta canlı orqanizmi də həyata qaytarmaq mümkündür.

Nostradamusun 2023 öngörmələrinə qayıtsaq:

– Sualtı təkanlar;

– Sunami;

– Zəlzələ;

– Okeanlarda suyun səviyyəsi qalxacaq;

– Bəzi ölkələrdə içməli su tükənəcək.

“Qırx il göy qurşağı görünməyəcək,

Qırx il onu hər gün görəcəklər.

Quru torpaq lap quraq olacaq,

Ardınca daşqınlar yaşanacaq”.

Nostradamusun digər bəndi 2023-cü ildəki savaşlara aiddir:

“Böyük Ərəbistan irəli gedəcək,

Lakin bizanslılar onları satacaq.

Qədim Rodos da üstünə gələcək,

Ən böyük pislik pannon avstrasından olacaq”.

Nostradamusa inansaq, müsəlman ölkələri daha böyük ərazilərə girəcəklər. İslam dünyasının nüfuzu artacaq. Bizans ərazisində Türkiyənin olduğu üçün, ekspertlər bunu ərəb-türk konfliktinin yaranacağı kimi yozurlar. Türkiyə sahillərində müsəlman-xristian toqquşmasına işarə edilir. Fransız falçının başqa bənddə dediyinə görə, döyüşlərdə zəhərdən (bioloji, kimyəvi silah) istifadə olunacaq. Lakin bu bəndi Yunanıstan-Türkiyə gərginliyi kimi qələmə vermək olar. Ərəblərlə ixtilaf isə normallaşmaqda olan Türkiyə-İsrail münasibətləri fonunda mümkün idi. Sadəcə, hazırda ərəb ölkələri İsrail ilə əlaqələri nizamlayır. Ona görə də, Rusiyanın vasitəçiliyi ilə danışıqlara baxmayaraq ərəb-türk konflikti üçün inandırıcı ünvan Suriyadır. Sonda qeyd edək ki, Pannoniya (pannon avstra) qədim Roma vilayətlərindən olub və indi Avstriya, Macarıstan, Slovakiya, Xorvatiya, Serbiya, Bosniya ərazilərinə düşür.

• Nostradamusun katrenlərinə inansaq, 2023 Avropada 7 aylıq savaşla yadda qalacaq. Çoxlu insan öləcək və yeni dünya düzəni yaranacaq.

• ABŞ-da vətəndaş müharibəsi gözlənilir.

• Co Bayden sirli xəstəliyə yoluxacaq, ailə üzvlərindən biri avtomobil qəzasında öləcək.

• 2024-ə qədər III Dünya savaşı təhlükəsi qalacaq.

• Rusiya, Çin və Hindistan Qərbin təzyiqlərinə müqavimət göstərəcək.

• 2023-də yox, amma 2038-də çox ölkə nüvə hücumlarına görə xəritədən silinəcək.

• Aclıq və kütləvi köçlər olacaq.

• İqtisadi böhran gözlənilir.

• Fransiski gənc Roma Papası əvəzləyəcək.

• Süni intellekt bütün kompüter sistemlərinə nəzarət edəcək.

2023-də dünya və Azərbaycanda Vanqa və Nostradamussuz da dəqiq nələrin baş verəcəyini görmək qəliz deyil. Yetər ki, sağlam və rifah dolu həyata sahib olaq.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*